Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il martın 1-nə 6 344,7 mln. manat təşkil edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, fevralın 1-i ilə müqayisədə 82,5 mln. manat və yaxud 1,32% çox, ötən il martın 1-nə nisbətən isə 39,2 mln. manat və yaxud 0,61% azdır. İlin əvvəlindən isə öhdəliklərdə 626,2 mln. manat və yaxud 10,95% artım qeydə alınıb.