Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri | Banco.az

Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri

Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, avrozona, Böyük Britaniya və Çində açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Həftə ərzində Dallas FED-in sədri Robert Kaplan, Nyu-York FED-in rəhbəri Uilyam Dadli (William Dudley), Filadelfiya FED-in rəhbəri Patrik Harker (Patrick Harker), Kanzas-Siti FED-in rəhbəri Ester Corc (Esther George) və Klivlend FED-in sədri Loretta Mesterin çıxışları olacaq. Xatırladaq ki, dünənki çıxışında FED rəhbəri Cannet Yellen ABŞ-da uçot dərəcəsinin artırılması zərurətini açıqlayıb;

2) Oktyabrın 18-də Bakı vaxtı ilə saat 16:30-da ABŞ Ticarət Nazirliyi tərəfindən sentyabr ayının yeni tikililərin sayı və icazə göstəricisi açıqlanacaq. Konsensus-proqnoza əsasən, bu göstəricinin sentyabrda 2,9% azalaraq 1,174 mln. ədəd olması gözlənilir. Bu həftə ABŞ-dan maliyyə bazarlarına ciddi təsir edəcək önəmli iqtisadi göstəricilər açıqlanmayacaq. Əsas diqqət isə yeni vergi islahatları paketinin açıqlanmasına yönələcək;

Ən sərfəli kredit üçün müraciət et

3) Oktyabrın 18-də Bakı vaxtı ilə saat 12:10-da Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draginin Frankfurtda ECB-nin konfransının açılışında çıxış etməsi gözlənilir. Bu çıxışda investorlar ECB-nin monetar ekspansiyanı hansı həcmdə və hansı tarixdən etibarən azaltmağa başlayacağı barədə açıqlamaları izləyəcəklər;

4) Oktyabrın 17-də Böyük Britaniyanın sentyabr ayının inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər inflyasiyanın son 5 ilin maksimal həddi olan 3%-ə yüksəlməsini proqnozlaşdırır. Belə olarsa, İngiltərə Mərkəzi Bankının uçot dərəcəsini artırma ehtimalları yüksələcək və bu, funt sterlinqin məzənnəsini artıracaq;

5) Oktyabrın 19-da saat 06:00-da Çində III rübün ÜDM göstəricisi açıqlanacaq. Ekspertlər ÜDM-in 6,8% artacağını proqnozlaşdırırlar. Bu göstərici ilə yanaşı sentyabr ayı üzrə sənaye istehsalı, əsas kapitala investisiyalar və pərakəndə satışın həcmi açıqlanacaq. Oktyabrın 18-də Çin Kommunist Partiyasının qurultayı keçirilək. İnvestorlar 5 ildən bir keçirilən bu tədbirdə qəbul olunan qərarları diqqətlə izləyəcəklər.