Bu gün “Qara cümə”dir - 80%-Ə QƏDƏR ENDİRİMLƏR BAŞLADI | Banco.az

Bu gün “Qara cümə”dir - 80%-Ə QƏDƏR ENDİRİMLƏR BAŞLADI

Bu gün Amerika Birləşmiş Ştatlarında “Qara cümə”dir. “Qara cümə” (“Black Friday”) bu ölkədə qeyd olunan Şükranlıq Gününün (“Thanksgiving Day”) sabahısı “alış-veriş çılğınlığı” yaratmaq məqsədi daşıyır. Belə ki, məşhur şirkətlər bu gün öz məhsullarını 80% güzəştlə satır. Bu, çoxlarının ürəyincə olsa da, günün “Qara cümə” adlandırılması maraq doğurur. Adla bağlı 2 əsas versiya var.

İlk fikir budur ki, “Qara Cümə” günü mağazalar qapılarını səhər saat 4-5 radələrində açırlar. Həmin vaxt hava hələ qaranlıq olduğu üçün bu günə “Qara Cümə” adı verilib. Digər fikir isə ondan ibarətdir ki, bu gün mağazalarda yaşanan izdiham nəticəsində yaralananlar, həyatını itirənlər olur.

“Qara Cümə” ifadəsindən ilk dəfə yerli qəzetlərdən biri başlıq kimi istifadə edib. Yəni bu ifadə həmin günün mənzərəsini ifadə etmək üçün istifadə olunub. Sonrakı illərdə isə bu adəd halını alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün mağazalardakı demək olar ki, bütün məhsullar endirimlə satılır. Paltar, ayaqqabı, mobil telefon, komputer, televizorlar xüsusilə ucuz təklif edilir. Hər il ən çox satılan məhsullar məhz elektronika məhsulları olur. Adının vahiməli olmasına baxmayaraq, bu gün həm ölkə iqtisadiyyatı, həm insanların büdcəsi, həm də mağazalarının gəliri baxımından effektiv gündür. 

“Qara cümə” MDB məkanında əsasən Rusiyada qeyd olunur. Azərbaycanda da bu hal müşahidə olunur. "Park Bulvar", "28 Mall" və "Ganjlik Mall" kimi iri ticarət mərkəzlərində fəaliyyət göstərən markalar Cümə günü endirimlər edəcəklərini bəyan edirlər.  Bu gün Azərbaycanda da bir sıra ticarət mərkəzlərində olan markalar 3 gün davam edən endirimlər olacağını bəyan ediblər.

Ən sərfəli krediti almaq üçün müraciət et