Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.
Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi. Bu baxımdan, Ümummilli Lider cənab Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynadı. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi.
Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması ümummilli lider cənab Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət komissiyası tərəfindən hazırlanmış və 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidinin manat olduğu müəyyən edilmiş və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilmişdir. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun, sözün əsl mənasında, milli valyutaya çevrilməsi üçün münbit şərait yaratdı.
Daha sonra, Azərbaycan Respublikası Prezidenti 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzaladı.
Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi.
Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.
Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nişanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixçilik ənənələrini daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi.
Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanmışdır. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilmişdir.
Yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır. Qeyd etmək istərdik ki, köhnə nəsil əskinaslardan fərqli olaraq yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementləri də istifadə olunmuşdur.
2005-ci ildə tədavülə buraxılan manatlar |
|||||||
Şəkli |
Dəyəri |
Ölçüləri |
Əsas rəng |
Təsviri |
|||
Üz tərəfi |
Arxa tərəfi |
Mənası |
Üz tərəfi |
Arxa tərəfi |
|||
1 |
120×70 |
Boz |
Əskinaslar müasir Azərbaycan mədəniyyətini əks etdirir. |
Azərbaycan xalq çalğı alətləri. |
Milli xalça ornamentlərinin fonunda Azərbaycan xəritəsi. |
||
5 |
127×70 |
Narıncı |
Əskinasda Azərbaycanın dünya ədəbiyyatına dəyərli töhfəsi əks etdirilir. |
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təsviri, Azərbaycan kitabları, Azərbaycan himninin bir hissəsi. |
Qobustan qayaüstü rəsmlərinin fonunda Azərbaycan xəritəsi və qədim türk əlifbasıyla yazılmış mətn. |
||
10 |
134×70 |
Göy |
Əskinasda Azərbaycanın dövlətçilik ənənələri əks olunur. |
Qədim İçəri şəhər fonunda köhnə Bakı,Şirvanşahlar sarayı və Qız qalası. |
Milli xalça ornamentlərinin fonunda Azərbaycan xəritəsi. |
||
20 |
141×70 |
Yaşıl |
Əskinas Azərbaycanın müasir xarici siyasətinin hədəfini əks etdirir. |
Qücün simvolu — qılınc, dəbilqə və qalxan. |
Sülhün simvolu |
||
50 |
148×70 |
Sarı |
Əskinasda təhsil və dövlətin gələcəyi əks olunur. |
Gənclik, pilləkənlər (inkişafın simvolu olaraq), günəş (gücün və işıqın simvolu olaraq), kimyəvi və riyazi işarələr (elmin simvolu olaraq) |
Milli xalça ornamentlərinin fonunda Azərbaycan xəritəsi |
||
100 |
155×70 |
Bənövşəyi |
Əskinasda Azərbaycanın iqtisadi inkişafı və xalqının rifahının çiçəklənməsi təsvir olunur. |
Bu münasibətlə hər birinizi təbrik edirik və bol-bol manat arzulayırıq.