Bu gün maliyyə bazarlarında volatilliyin daha da artması gözlənilir | Banco.az

Bu gün maliyyə bazarlarında volatilliyin daha da artması gözlənilir

Beynəlxalq maliyyə bazarlarında bu gün Türkiyə və ABŞ-dan açıqlanacaq önəmli fundamental məlumatlar fonunda volatilliyin daha da artması gözlənilir.

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə mərkəzi bankının faiz qərarı və pul kredit siyasətinə dair açıqlamaları və saat 16:30-da Amerikanın inflyasiyası ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaqdır.

Beynəlxalq valyuta birjalarında yuxarıdakı iki önəmli hadisə fonunda dolların aparıcı valyutalara nisbətən qiymətlərində dalğalanmanın daha da artması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

 

Təhlillərə əsasən, 1.13$-a ticarət edilən EUR/USD məzənnəsi, keçən həftənin maksimum səviyyəsini qırarsa, 1.14$-a kimi də bahalaşa bilər.

USD/TRY məzənnəsi isə 5.80TL-yə ticarət edilir və keçən həftənin minimum səviyyəsinə - 5.66TL-yə kimi bahalaşa bilər.

İnvestAz