Barclays, CEO (baş icraçı direktor) Antony Jenkinsin Britaniya bankını tərk etməsi ilə bağlı bəyanat yayıb.
Barclaysın bəyanatında deyilir ki, icraçı sədr John McFarlane müvəqqəti olaraq Group-un icraçı direktorunun vəzifələri öz üzərinə götürəcək, həmin müddətdə bank yeni rəhbərin axtarışında olacaq.
Barclays Jenkinsin qovulduğunu söyləməsə də, ona getməyin təklif olunduğunu açıqlayıb.
"Mən Group liderliyi məsələsi üzərində uzun müddət və dərindən düşündüm və bunu hər bir Qeyri-icraçı direktor ilə müzakirə etdim” –cənab Maykl Reyk bildirib. “Antonynin əhəmiyyətli nailiyyətlərinə baxmayaraq məlum oldu ki, biz hamımız qarşıdakı dövr üçün rəhbərlikdə yeni bilik və bacarıqlar toplusunu görmək istəyirik. Lakin bu heç də o, anlama gəlmir ki, biz şirkət üçün gərgin anlarda etdiyi töhfələrə görə Antonyə minnətdar deyilik”.
Bank həmçinin öz bəyanatında əlavə edib: "İdarə heyəti Antony Jenkins tərəfindən Group üçün inanımaz çətin şərtlər fonunda etdiyi şirkətə verdiyi töhfəni yüksək qiymətləndirir və şirkəti əvvəlikdən daha güclü mövqeyə gətirdiyi üçün ona sonsuz dərəcə minnətdardır."
Mənbə: http://www.businessinsider.com/barclays-ceo-antony-jenkins-leaves-2015-7#ixzz3fIpc6d78