“Bank Respublika” 2018-ci ildə kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfelini 45,7%, mikro kredit portfelini isə 2,9 dəfə artırıb.
1 yanvar 2019-cu il tarixinə kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfel 211,39 mln. manat və ya “Bank Respublika”nın bütün kredit portfelinin 58%-ni, mikro kredit portfeli 64,785 mln. manat (18%) təşkil edir.
“Bank Respublika” 2018-ci ildə ipoteka portfelini 4,1% - 45,992 mln. manatadək, pərakəndə kredit portfelini 29% - 38,947 mln. manatadək artırıb.
2018-ci ildə bankın kredit portfeli 48,3% - 363,611 mln. manatadək artıb.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası (16,6%) və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT (4,25%) də daxildir. Bankın əsas səhm paketi iş adamı Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.
© İnterfaks-Azərbaycan