Britaniya iqtisadiyyatı texniki tənəzzülə daxil olub | Banco.az

Britaniya iqtisadiyyatı texniki tənəzzülə daxil olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatı texniki tənəzzülə daxil olub.

Banco.az xəbər verir ki, Britaniyanın Milli Statistika İdarəsi (ONS) ötən ilin dördüncü rübündə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) artımı ilə bağlı yekun məlumatları açıqlayıb.

Məlumatlara görə, 2023-cü ilin üçüncü rübündə 0,1 faiz kiçilən ölkə iqtisadiyyatı dördüncü rübdə 0,3 faiz kiçilərək iki rüb ardıcıl olaraq daralma göstərib.

Beləliklə, Britaniya iqtisadiyyatının ötən ilin ikinci yarımilində texniki tənəzzül yaşadığı təsdiqlənib.

Ötən ilin dördüncü rübündə hər üç əsas sektorda daralma müşahidə olunub. Xidmət sektoru 0,1 faiz, sənaye sektoru 1,1 faiz, tikinti sektoru 0,9 faiz kiçilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Britaniya iqtisadiyyatı 2023-cü ildə 2022-ci illə müqayisədə 0,1 faiz artıb. Bu nisbət, pandemiya dövrü istisna olmaqla, Britaniya iqtisadiyyatında 2009-cu ildən bəri görülən ən zəif illik artım göstəricisi sayılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram