Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar azalaraq 43,91 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar azalaraq 45,55 dollar olub.
Qeyd edək ki, Brent markalı neftin qiyməti ötən ilin dekabrından etibarın ilk dəfə olaraq 45 dollar səviyyəsini ötüb. Buna səbəb ABŞ-da neft ehtiyatlarının həcminin gözləniləndın daha az olmasıdır. Lakin bundan sonra Küveytdə neftçilərin tətili dayandırması barədə gələn xəbər neftin ucuzlaşmasına səbəb olub.