Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin birinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2,377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Banco.az xəbər verir ki, bu barədə BP şirkətinin 2024-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabatında qeyd edilib.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Qeyd edək ki, 2023-cü ilin sonunda 2,353 nəfər, 2022-ci ilin sonunda 2,377 nəfər, 2021-ci ilin sonunda isə 2,266 nəfər Azərbaycan vətəndaşı BP-də işləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!