Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniya iqtisadiyyatı ikinci rübdə proqnozlara uyğun olaraq 0,6 faiz artıb.
Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, iqtisadiyyat ilin birinci rübündəki 0,7 faizlik artımı ikinci rübdə də davam etdirib.
Böyük Britaniya iqtisadiyyatı aprel-iyun dövründə 0,6 faiz artıb. İqtisadiyyat ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artım göstərib.
Ölkədə xidmət sektoru 0,8 faiz artdığı halda, istehsal və tikinti sektoru 0,1 faiz azalıb.
ONS-in İqtisadi Statistikalar üzrə Direktoru Liz MakKeown məlumatları şərh edib. O, İngiltərə iqtisadiyyatının keçən ilin ikinci yarısında müşahidə edilən zəif performansdan sonra iki rüb ərzində güclü artım qeydə aldığını və aprel-iyun dövründəki artıma xidmət sektorunun başçılıq etdiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!