2018-2019-cu illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 6-nın bu il yanvarın 1-nə kredit portfeli 12 milyon manatdan çoxdur.
Bunlar “Aqrarkredit” (78,556 milyon manat), “Embafinans” (34,989 milyon manat), “Finoko” (19,06 milyon manat), “M Bulak” (17,697 milyon manat), “TBC Kredit” (12,497 milyon manat) və “FİNKA Azərbaycan”dır (12,164 milyon manat).
22 BOKT-un kredit portfeli 1-10 milyon manat arasında, 8 BOKT-un kredit portfeli isə 1 milyon manatdan azdır.
9 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Caspian Invest”, “Finans İnvest”, “Fintrend”, “MJ Financial Services”, “Omni Finance”, “Para”, "Union Kredit" və Viza Kredit” hesabat verməyib, 3 BOKT - “Azpul”, “Finans Kredit” və “Prico Credit” isə mikromaliyyə bazarına 2020-ci ildə daxil olub.
36 BOKT-dan 11-i ötən il kredit portfelini azaldıb. Bunlar “Asel Kredit”, “Aqrarkredit”, “TCF”, “Merkuri”, “Azmikroinvest”, “Pro Kredit”, “TBC Kredit”, “Effektinvest”, “Premier Kredit”, “Azəri Star Mikromaliyyə” və “Falcon Finance”dır. Ən çox azalma “Azəri Star Mikromaliyyə” və “Falcon Finance” (100%), ən az azalma isə “Asel Kredit”də (1,8%) qeydə alınıb.
1 BOKT-un “Birkart”ın kredit portfeli ötən ildən formalaşıb, odur ki, onun kredit portfelinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 24 BOKT-un isə kredit portfeli artıb. Ən yüksək dinamika “City Finance”də (16 dəfə), ən aşağı dinamika isə “İDK”da (1,3%) qeydə alınıb.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!