Böhrandan 10 il sonra dünyanın ƏN VARLI ölkəsi hansıdır? | Banco.az

Böhrandan 10 il sonra dünyanın ƏN VARLI ölkəsi hansıdır?

İsveçrənin ən məşhur “Credit Suisse Research Institute” (CSRI) maliyyə qrupu tərəfindən hazırlanan Qlobal Sərvət Hesabatına (Global Wealth Report) əsasən qlobal sərvət 280 trilyon dollara çatıb və bununla da 10 il əvvəl baş verən maliyyə böhranından bəri 27% artım göstərib.

Həmçinin oxu: Dünya iqtisadiyyatında hansı ölkə ağalıq edir?

Banco.az xarici mətbuata istinadla bildirir ki, hesabatda ötən 12 ay ərzində qlobal sərvətin 6.4% artdığı qeyd edilib. Bu il 2012 – ci ildən bəri sərvət artımında ən yüksək sürət müşahidə edilib. Hətta, qlobal sərvət dünya əhalisinin sayından daha sürətlə artaraq, böyüklər üçün adambaşına orta rifah göstəricisi təqribən 56 min dollara çatıb.

Ölkələr üzrə müqayisə edildikdə isə dünyada ən çox sərvəti olan ölkə Amerikadır. Ölkə, maliyyə böhranından sonra iqtisadi artım göstərərək qlobal sərvət hesabına 8.5 trilyon dollar daxil edib. Yəni, son 12 ay ərzində 16.7 trilyon dollar ilə cəmi qlobal sərvətin yarıdan çoxu ABŞ – ın payına düşüb. 2017 – ci ildə böyüklər üçün adambaşına orta rifah göstəricisi üzrə İsveçrə liderliyini qoruyur. Bu ölkədə adambaşına sərvət 130% artaraq 537.600 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qlobal sərvətin böyük hissəsi hələ də Şimali Amerika, Avropa və Asiya-Sakit Okean regionun (Çin və Hindistan istisna olmaqla) yüksək gəlirli iqtisadiyyatlarının payına düşüb.

Sərvət baxımından gəlir bölgüsünün ən ədalətli olduğu bölgə isə Avropadır.

Həmçinin oxu: “Qlobal Rəqabətlilik Hesabat”-ı AÇIQLANDI – Azərbaycan neçənci yerdədir?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et