Böhran vaxtı nədə qənaət etməliyik | Banco.az

Böhran vaxtı nədə qənaət etməliyik

Çətin dövrdə məişət xərclərini azaltmaq üçün 5 sadə məsləhət

  1. Büdcənizi planlaşdırın

    Nədə qənaət etməsini başa düşməsi üçün, ilk növbədə ən çox nəyə xərclədiyinizi müəyyən etmək lazımdır. Nəyə və nə qədər xərclədiyinizi qeyd etməyə başlayın. Restoran və yeni paltarlara maaşın hansı hissəsi gedir? Bəs təcili və vacib olan şeylərə nə qədər xərcləyirsiniz? Pulların hansı yerdə daha çox axmasının müəyyənləşdirilməsi üçün hərtərədli araşdırma aparmaq lazımdır. Xərcləri qeyd etməsi üçün internetdə bir sıra proqramlar var. Məsələn, Android istifadəçiləri Monefy proqramından istifadə edə bilərlər.
     
  2. Kommunal xərclərinizi yoxlayın

    Kommunal xidmətləri - ailə büdcəsinin əsas maddələrindəndir. Harada artıq xərclədiyinizi yoxlayın. İşıq, su və qaza qənaət edin. Enerjiyə qənaət edən lampaları alın. Onlar adı lampalardan bahalı olsa da, onların faydasını ayın sonuna hesab gələndə başa düşəcəksiniz.
     
  3. İnternet, TV və mobil xərclərini izləyin

    İstifadə etdiy

    Ən sərfəli kredit üçün müraciət et

    iniz internet və TV paketlərini yenidən nəzərinizdən keçirdin. Daha ucuz paketləri seçin. Bunun həmdə digər müsbət tərəfi var: televizor və kompyuterin qabağında oturmaqdansa təmiz havada gəzmək həmçinin sizin sağlamlığınız üçün xeyirdir. İstifadə etdiyiniz mobil telefon tariflərini müqayisə edin. Ola bilsin siz köhnə danışıq və internet tariflərindən istifadə etdiyinizdən daha çox ödəyirsiniz.
     
  4. Topdan alın

    Yuyucu toz və mayeləri, düyü, yağ, çay və s. topdan və böyük həcmdə alın. Xırda şüşə və qablara qablaşdırma həmişə daha baha olur. Məhsulların həftəlik siyahısını hazırlayın və böyük supermarketlərdə topdan alın. İndi siz gözlənilməz alış problemi ilə üzləşməyəcəksiniz və bir süd paketi ilə kassanın qabağında böyük növbəni gözləməyə ehtiyac qalmır. Endirimli məhsullara fikir verin, lakin muğayat olun. Köhnə və xarab məhsulları almayın
     
  5. Geyimdə qənaət edin

    Həm qadın həm də kişilərdə ən böyük xərc yerlərdən biri - qarderob, parfüm və kosmetika xərcləridir. Yeni paltarı almazdan qabaq şkafınızı yoxlayın: bəlkə çoxdan geyinmədiyiniz, lakin gözəl komplektləriniz hələ də qalıb. Həmçinin, mövsüm endirimlərini nəzərinizdən qaçırtmayın: həm xərcləriniz azalacaq həm də bahalı olan əşyaları daha ucuz almaq olar.