"Bloomberg" bu ilin ən sərfəli valyutasının adını açıqlayıb | Banco.az

"Bloomberg" bu ilin ən sərfəli valyutasının adını açıqlayıb

Zambiya kvaçası artım tempinə görə dünyanın qalan 150 pul vahidini üstələyib

"Bloomberg" iqtisadi agentliyi 2016-cı ilin ən sərfəli valyutasının Zambiya kvaçasının olduğunu açıqlayıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, Zambiya kvaçası artım tempinə görə dünyanın qalan 150 pul vahidini üstələyib.
İlin əvvəlindən başlayaraq böyüklüyünə görə Afrikada ikinci mis istehsalçısı olan Zambiyanın milli pul vahidi dollara nisbətdə 19,9% artıb. Müqayisə üçün qızıl 16,3% bahalaşıb. 
Kvaçanın bu "uğuru" misin qiymətlərinin artması ilə bağlıdır. Bundan başqa, ötən il Zambiya valyutası 42% düşüb və 2015-ci il üç ən pis valyutası siyahısına daxil olub. Bu gün iqtisadçılar "sıçrayış" müşahidə edir və bunun daha da artmasını proqnozlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et