Bitcoin mədənçilik avadanlıqları şirkəti “Bitmain”-dən çərşənbə günü verilən açıqlamada Blockchain ilə işləyən “xüsusi mərkəzi bankları” qurmaq üçün 30 yeni şirkətə investisiya qoymağın planlaşdırıldığı bildirilib.
Şirkətin qurucu ortağı Jihan Vu Rəqəmsal Ticarət Palatası və Corctaun Universitetinin Maliyyə Bazarları və Siyasət Mərkəzinin ev sahibliyi edəcəyi “DC Blockchain” toplantısında çıxış edib. Vu nominal valyutalara və dünya miqyasında böyüyən kriptovalyutalara dəstək verən mərkəzi banklar arasındakı fərqlərdən danışıb.
Bəlkə də ən önəmlisi təqdimatın sonunda “Bitmain”-in bu iki dünya arasında körpü yaratmaq üçün 20-30 yeni işə investisiya qoymaq istədiyini bildirməsi oldu. Texniki baxımdan xüsusi, ancaq ABŞ hökuməti əlaqəli olan Federal Ehtiyatlar kimi kimi təşkilatlardan fərqli olan xüsusi bir mərkəzi bankın istehlakçılara rahat istifadəçi təcrübələri göstərməkdə daha effektli olduğu qeyd edilib.
Vu belə açıqlama ilə yadda qalıb:
“Bitmain” olaraq, xüsusi pul vahidləri çıxarmaq üçün Blockchain texnologiyasını istifadə edəcək və bunu qanuni bir yolla xidmət olaraq təyin edəcək xüsusi mərkəzi bank cəhdlərinə maraq göstəririk. İnkişafda olan bu unikal iqtisadiyyata maraq göstərən 20-30 şirkətə sərmayə qoymaq istəyirik”.
O, bu cəhdlərin potensial olaraq qazanclı olduğunu söyləyərək və Fed tərəfindən qazanılan gəliri vurğulayaraq, “hamımız mərkəz bankın çox mənfəətli bir müəssisə olduğunu bilirik”, – deyə qeyd edib.
Bazar və tənzimləmə tərəfi
Əvvəldən verilən sərmayə açıqlaması Vunun çıxışında iqtisadçı Fridrix Hayekin token əsaslı təşviqlərinə qədər bir neçə mövzunu əhatə edib.
Xüsusilə, kriptovalyuta bazarının bəzi şəbəkələrin yaşadığı sürətli böyüməyə işarə edən bir neçə əhəmiyyətli kriptovalyuta ətrafında toplanacağı fikrinə belə izah verib:
“Reallıq budur ki, Bitcoin-in suverenliyi azalmaqdadır və Ether ilə Dash kimi bir çox kriptovalyuta sürətlə böyüyür”.
Vu mükəmməl bir kriptovalyutanın olmadığını və bundan dolayı bazarda bir sıra varianta tələb duyulduğunu söyləyib.
İştirakçılara belə müraciət edib:
“Bazarda mükəmməl kriptovalyuta yoxdur, buna görə də bazarda daha çox kriptovalyutaya ehtiyac olacaq”.
Vu həmçinin tənzimləmə və tokenlər mövzusuna da toxunub. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən vurğulanan fikirlərə əsaslanan istintaqın gedişatına toxunub. ICO-dan hazırlanan tokenlər üçün dəyişmə xidməti təqdim edən ticarət platformlarının ICO-ların daşınan qiymət olaraq qəbul edilməsi daxilində dövlətdə rəsmi qeydiyyatdan keçmələrinin vacibliyini ifadə edib.
“Bitmain”-in qurucu ortağı bazardakı bütün tokenlərin əksəriyyətinin bu simptomun təsirinə məruz qalacağını bildirib:
“Bir çox token qiymətli kağızlar tərifinə uyğun gəlmir və bu səbəbdən tənzimlənmələr aparılacaq.
Ancaq tənzimləyicilərin bu kimi biznes yenilikləri ilə necə mübarizə aparmaq üçün yaxşı bir cavab hazırlamalı olduğuna inanıram”.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.