Qlobal bazarda "Bitcoin"in qiyməti yenidən 10 000 dollar səviyyəsindən aşağı enib. Bitkoinlə yanaşı kriptovalyuta bazarında əksər valyutaların qiymətində geriləmə mövcuddur. Nəticədə, kriptovalyuta bazarının kapitallaşması 500 mlrd. dollardan aşağı düşüb.
Qeyd edək ki, bitkoin yanvarın 17-də 9 644 dollar səviyyəsinə geriləyərək 10 000 dollardan ucuz satılıb. Bitkoinin tarixi rekord qiyməti isə dekabrın 17-də 20 078 dollar səviyyəsində qeydə alınıb. Kriptovalyutaların ucuzlaşmasına səbəb yanvarın 26-da Yaponiyanın "Coincheck" birjasına haker hücumu olub. Belə ki, hakerlər 400 mln. dollarlıq NEM rəqəmsal valyutası oğurlaya biliblər. Xatırladaq ki, NEM 6,6 mlrd. dollarlıq kapitallaşma ilə bazarda 10-cu sırada yer alır.
Report.az