Bitcoin yaxın müddətdə dövriyyəsini artırmasa, investorlar tərəfindən tərk edilə bilər | Banco.az

Bitcoin yaxın müddətdə dövriyyəsini artırmasa, investorlar tərəfindən tərk edilə bilər

Kriptovalyuta cəmiyyətində hansı kriptovalyutanı üstün tutsanız da, ilk belə valyuta olan Bitcoin-ə daha çox maraq göstərdiyinizi təxmin edirik. Ancaq Bitcoin-in yaranmasından artıq 10 il keçib və işlər bir qədər çətinləşib.

Bitcoin-in yolu 2017-ci ilin avqustunda yeni bir rəqibin meydana gəlməsi ilə sonsuzadək dəyişdi. Bitcoin Cash yarandı və onu dəstəkləyənlər Satoşi Nakamotonun xəyal etdiyi proyektin əslində bu olduğunu söylədilər. Bundan sonra “SegWit2x” proyekti uğursuzluqla nəticələndi və Bitcoin-in vəziyyəti “rəqəmsal qızıl” kimi qeyd edildi.

İnkişafda olan kriptovalyutalar üçün dövriyyə hər zaman önəmlidir və Bitcoin yaxın müddətdə dövriyyəsini artırmasa, daha yaxşı kriptovalyuta axtarışında olan investorlar tərəfindən tərk edilə bilər.

Yaşlanan hökmdar

Kirptovalyuta sektoruna milyonlarla istifadəçini cəlb edən Bitcoin bu aralar bəzi sıxıntılar yaşayır. Bunlardan biri də sistemdə tıxanmaların olmasıdır. Çünki, Bitcoindəki bloklar, qazılma müddətindən daha qısa zamanda dolur. Bunun nəticəsində də Bitcoin-dəki istiafəçi xərci və istifadə müddəti artır.

Bunların hamısı kriptovalyutaların yarandığı zamandakı ilklərə qarşıdır. Kriptovlayutalar hazırda istifadə etdiyimiz pulların dövriyyəsini təşkil edən bankları sıradan çıxarmaq üçün yaranmışdı. Bank xərcləri və gözləmə müddətləri, pulunuzu başqa birinə əmanət etdiyinizdə kart almaq kimi yorucu prosesdir. Bitcoin isə nə qədər tam olaraq bu yorucu işləri aradan qaldırmağa yönəlsə də, öz işində də bu halları tətbiq etməyə başlayıb.

Bitocoin-in artan xərcləri və gözləmə müddəti istifadəçiləri banklara güvəndikləri günlərə, keçmişə qaytarır…
Sırada gözləyən çoxdur…

Sırada gözləyən çoxdur

Bitcoin-in “rəqəmsal qızıl” olmaq qərarı əslində istifadəçilərin verdiyi qərar idi. Buna görə də, günahı tamamən Bitcoin-ə yükləmək olmaz. Ancaq son dönəmlər Bitcoinin dövriyyəsi ilə bağlı müzakirlərlə artmaqdadır.

Məşəli Bitconin əlindən almaq üçün çalışan və günü səbirsizliklə gözləyən çoxlu sayda kriptovalyuta var. Bunun ciddiyətini dekabr ayından başlayaraq Bitcoinin bazardakı payını 50 faizə qədər itirməsi ilə daha dəqiq görmək olar. An etibarı ilə Bitcoin-in bazardakı payı 33 faiz təşkil edir. Bəli, hazırda bazarın çox hissəsi yenə də Bitcoin-in əlindədir. Amma bir müddət öncə bu rəqəm 60 faiz təşkil edirdi.

Bitcoin-ə birbaşa təqiblər sırasında göstərilən kriptovalyutalar sırasında Bitcoin Cash ilk yeri tutur. Ancaq hazırda Bitcoin-i düşündürən əsas məsələ bu deyil. Çünki artıq Bitcoin-ə olan güvən dəyişməyə başlayır. Bitcoin bir zamanlar onu elektron ödəmə kimi görən şirkətlərin sevimlisi idi. Ancaq bu vəziyyət yavaş-yavaş dəyişməyə başlayıb. Məsələn, bu kriptovalyutanın ən fəal dəstəkçisi olan “Steam” yüksək xidmət haqqlarına görə Bitcoin-lə əməkdaşlığı dayandırıb. Yenə eyni səbəbdən “Microsoft”-da keçdiyimiz günlərdə Bitcoin-i ödəmə vasitləri siyahısından çıxarmışdı. Amma daha sonra bu qərarını dəyişmişdi.

Bitcoin hara irəliləyir?

Bitcoin-in mövcud problemləri həll etmək planlarına “Lightning Network” ve Bitcoin şəbəkəsinə çox ciddi yeniləmələr etmək – blok həcmini böyütmək daxildir.

Bitcoin şəbəksi üərində ağır, amma əmin addımlara sınaqdan keçirlən bir texnologiya olan “Lightning Network” şəbəkə üzərindəki əməliyyatları Blockchain xaricinə çıxarmaq və beləliklə ödəmə kanallarını açmaq istəyir. Bu əməliyyatlar Blockchain xaricinə çıxarıldıqda, əməliyyatlar daha ucuz həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bu kimi yeniləmələrin edilməsi üçün şəbəkədə çox ciddi uyğunlaşmanın aparılması lazımdır. Bunun üçün texnologiyanın hələ tamamlanması gərəkən çoxlu sayda testləri var.

Şəbəkə üzərində aparılan yeniləmələrin uğursuzluqla nəticələnmək ehtimalı da var. Belə uğursuzluğa “SegWit2x”-lə şahid olmuşduq.

Bitcoin şəbəkəsindəki yeniləmələrin bir sıra problemləri həll edəcəyi şübhəsizdir. Lakin bu halda belə Bitcoin Bitcoin Cash ilə eyni durumda rəqabət aparacaq.

Taxtdan salmaq çətindir

Bitcoin kriptovalyuta sektorunda onsuz da yayılıb və böyük ehtimalla bir neçə il bazarda liderliyini qoruyacaq. Buna baxmayaraq, insanlar hələ də bazara kriptovalyutalar üçün yox, məhz Bitcoin üçün daxil olurlar. Ancaq cəmiyyət daha yaxşısını tələb etdikcə, Bitcoin çətinliklə üzləşə bilər. Bəzi dəyişikliklər göstərir ki, Bitcoin yaxın zamanda nüfuzunu itirməsə də, dəyişikliklərə açıq olmasa, geriləyəcək.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az