Bitcoin üçün uğur vəd edən hal - Zərərli investorlar bazardan çıxır | Banco.az

Bitcoin üçün uğur vəd edən hal - Zərərli investorlar bazardan çıxır

Bitcoin-in tarixi boyunca insanlar bir neçə dəfə onun artıq böyük ictimaiyyət tərəfindən mənimsənildiyini zənn edib. Lakin xüsusilə ötən ilin dekabr ayında Bitcoin-in 20 min dollara yüksəlməsi onu həqiqətən məşhurlaşdırdı.

Əsas mətbuat orqanlarında, sosial mediada, demək olar ki, hər yerdə Bitcoin müzakirə olunurdu. Bitcoin “Google”-dakı axtarışlarda da ilk mövqeyə qalxdı. Bu cür yüksəliş bazara yeni investorların cəlb olmasına zəmin yaratdı.

Məqsəd puldur

10 ilə yaxındır yaranan Bitcoin yarandığı tarixdən etibarən böyük nisbətlərdə yüksəlişlər yaşadı və qazandığı məşhurluq da məhz qiyməti sayəsində artdı. İnsanlar öz pullarını qısa zamanda bir neçə dəfə artırmaq həvəsi ilə Bitcoin-ə maraq göstərdilər.

Gəncindən yaşlısınadək bir çoxları kriptovalyuta bazarına daxil olaraq Bitcoin aldı. Ancaq onların əksəriyyəti Bitcoin-dən, onun hansı tenologiya ilə işlədiyindən xəbərsiz idi. Daha çox qazanmaq niyyəti ilə bazara axın edən investorlar Bitcoin-in getdikcə dəyər qazanmasından dolayı sərvət əldə etdilər. Bitcoin qısa vaxt ərzində minlərlə dollar artım yaşadı.

Düzəliş əsas şərtdir

Arxasındakı texnologiyaya güvənənlər və bank sektorunun dəyişəcəyinə inanan şəxslər tərəfindən dəstəklənən Bitcoin bundan xəbərsiz investorların axınına məruz qaldı. Onların Bitcoin-in hər cür qiymətinə olan aşırı reaksiyaları qiymət enişinin daha ağır hal almasına gətirib çıxardı.

Ötən həftə başlayan və hələ də davam edən, Bitcoin-in qiymətinin yarıyadək azalmasına səbəb olan eniş belə investorların bazardan çıxmasına səbəb oldu. Ancaq qiymət enişi həm də Bitcoin-i ətraflı təhlil edə bilməyənləri bilavasitə bazardan kənarlaşdırmağa sövq etdi.

Bitcoin üçün yaxşı nəticə ola bilər

Böyük pullar itirməsinə baxmayaraq, bazarda qalmağı üstün tutanlar təkcə Bitcoin-in qiymətini yo, onun psixologiyasını da nəzərə alanlardır. Bazardan tələsik çıxanlar isə bəlkə də Bitcoin-in inkişafına səbəb olacaqlar.

Ötən il insanlar nəyin bahasına olursa olsun, Bitcoin alırdı. Bəziləri borc götürərək Bitcoin almağa tələsirdilər. İnsanların belə həssaslığı nəticəsində tarixdə çoxlu sayda bu cür enişlər müşahidə olunub.

Texasdakı St. Meri Universitetində hüquq professoru kimi fəaliyyət göstərən və kriptovalyutaları araşdıran Angela Volç Bitcoin-in spekulyativ təbiəti və məsuliyyətsiz sərmayələrin davam etdiyi təqdirdə şar balonuna çevrilməsi ehtimalı haqda danışıb. Onun fikrincə bunu anlamaq üçün bəzi elementlər artıq mövcuddur:

“Mənim üçün əlamətlərdən biri FOMO ideyasını – qaçırma və heç vaxt daxil olmama qorxusunu əks etdirir. İnsanlar başqalarının olduqca çox qazanmasını görüb həvəslənirlər. Əmlak balonu bunun əsasə əlamətlərindən biridir. İnsanlar sahib olduqlarına hər zaman daha yüksək qiymət ödəməyə razı olan alıcıların çıxacağına inanırlar”.

Daha təhlükəsiz bazar

Ən sərfəli kredit üçün müraciət et

Əgər davam edən eniş həqiqətən də bu cür investorları bazardan uzaqlaşdırıbsa, bu, böyük fayda verə bilər.

Belə investorların olmaması Bitcoin-in qiymətinin daha aşağı olması anlamına gəlsə də, Bitcoin üçün uzun müddət belə daha yaxşıdır. Əmlak balonu partladıqda bir çoxları ciddi zərərlə üzləşdi və bu, həmn insanlar baxımından yaxşı deyil. Ancaq bu hadisədən sonra əmlak sektoru daha sağlam və mütərəqqi xarakter aldı, çünki edilən səhvlər üzə çıxdı.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az