Bitcoin-in qiyməti bir gündə 25 % bahalaşdı | Banco.az

Bitcoin-in qiyməti bir gündə 25 % bahalaşdı

Ötən 24 saat Bitcoin üçün qiymət dəyişiklikləri ilə yadda qaldı. Bitcoin-in qiyməti hazırda enişdədir və bu, özünü qlobal səviyyədə də nümayiş etdirir. 2018-ci il Bitcoin üçün olduqca ağır keçir. Ancaq ilin müəyyən vaxtında qiymətlərin yenidən sürətlə artacağını gözləmək olar.

Bitcoin-in qiyməti stabilləşməyə çalışır

Çoxları Bitcoin-in baza qiymətini 11 min dollar olaraq qiymətləndirirdi. Bir neçə həftə əvvəl bu ağlabatan görünsə də, sonradan vəziyyət dəyişdi. Son 24 saatda Bitcoin 6000 dollaradək ucuzlaşdı və insanlar eniş prosesinin davam etdiyini əyani şəkildə gördülər. Ancaq hazırda qiymət qrafikində müəyyən artım müşahidə olunur.

Bitcoin-in dəyəri hazırda təxminən 7700 dollar civarındadır. Bu 28 %-lik artım nə qədər müsbət olsa da, çoxları bunun uzun çəkməyəcəyini güman edir. Əvvəlki günlərdə də belə artımlar cəmi bir neçə saat davam edib.

Bitcoin-in son qiymət dəyişikliyindən sonra onu almaq düşən bir bıçağı tutmaq istəyi ilə müqayisə olunur. Hazırki eniş prosesi bəlkə də uzun müddət görülməyəcək acınacaqlı bir vəziyyət yaradıb. Halbuki, Bitcoin-in qiyməti müvafiq olaraq 12000 və 8500 dollara endiyi vaxtlarda da insanlar eyni şeyi düşünürdü. Enişin hər hansı bir mərhələdə dayanması gözlənilir, ancaq bunun nə vat reallaşacağını heç kim bilmir.

Son 24 saatda qeydə alınan 11.874 milyard dollar dəyərində ticarət həcmi ilə Bitcoin alış-satışına olan tələbin hələ də yüksək olduğunu söyləyə bilərik. Ancaq satış alışdan olduqca çoxdur. Hazırda Bitcoin almaq istəyənlərin əksəriyyəti qiymətin daha da aşağı düşməsini gözləyir. Bunun baş verib-verməyəcəyi isə başqa məsələdir.

Gözlənildiyi kimi, “OKEx” hələ də Bitcoin ticarəti baxımından ən böyük birjadır. “Bitfinex”-dən azacıq irəlidə olsa da, hər iki birja 1.2 milyard dollardan artıq əməliyyat həcmi ilə işləyirlər. “Binance” isə siyahıda üçüncü yeri tutur. Onu “GDAX” təqib edir. Qarşıdakı günlərdə vəziyyətin necə dəyişəcəyi sual altındadır.

Hazırda bu müvəqqəti artım ümumi olaraq Bitcoin-in qiyməti üçün müsbət haldır. Bəziləri qısa müddətdə Bitcoin-in qiymətinin 1000 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır, ancaq durumun belə xarakter alması gözlənilən deyil. Çoxları 2018-ci ilin əvvəlində Bitcoin-in 7500 dollardan da aşağı düşəcəyini gözləyirdi, ancaq yanıldılar. Əsl reallıq budur ki, Bitcoin-in qiyməti ər zaman əvvəlcədən məlum olmayacaq dərəcədə dəyişməyə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az