Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin birinci yarısında Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 913 milyon 293 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1.9% və ya 16 milyon 816 min dollar çoxdur.
Hesabat dövründə Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkə olub.
Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 896 milyon 477 min dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!