Big 4 (Böyük Dördlük) nədir ? | Banco.az

Big 4 (Böyük Dördlük) nədir ?

Big 4 dünyanın ən böyük 4 audit şirkətidir. Böyük dördlük şirkətləri geniş səviyyədə mühasibatlıq, xarici audit, vergi, menecment, biznes konsultinq və risklərin idarə olunması və nəzarəti servisini həyata keçirirlər. Bunlarla bərabər böyük dördlük eyni zamanda karyera və şəxsi inkişaf üçün əvəzedilməz təcrübədir.

İndi isə dördlüyün üzvlərini daha yaxından tanıyın:

1. Deloitte

Deloitte Touche Tohmatsu, və ya sadəcə "Deloitte" kimi tanınan şirkətin əsası 1845-ci ildə William Deloitte tərəfindən qoyulmuşdur. Şirkət indiki vəziyyətini alana qədər bir neçə şirkətlə birləşmiş və hətta dəfələrlə yenidən qurulmuşdur.  Lakin dəyişməyən dəyərlər, keyfiyyət və brendinq oldu. Hazırda dünyanın ən uğurlu şirkətlərindən sayılan Deloitte 270 min çalışanla, xidmət göstərir və təxminən 39 milyard dollar yaxın illik gəlirə sahibdir. 150 ölkədə müştərilərinə xidmət göstərən Deloitte FinTech sahəsində də mühüm addımlar atmışdır.

2. PricewaterhouseCoopers (PwC)

Təxminən 28 milyard dollar illik gəlirlə, PwC ikinci ən böyük mühasibat şirkətidir. 240 min işçi ilə, 150-dən çox ölkədə fəaliyyət göstərən PwC, iki böyük mühasibat şirkətinin- Price Waterhouse və Coopers & Lybrandin 1998-ci ildə birləşməsindən yaranmışdır. PwC müştəri dəyərləri başda olmaqla, digər dördlük üzvləri kimi ümumi standartlarda çalışır.

Ən sərfəli kredit üçün müraciət et

3. Ernst & Young (E&Y)

Ernst & Whinney və Arthur Young-un birləşməsindən, 1989-cu ildə yaranmış Ernst & Young dördlüyün qlobal üzvlərindən biridir. 150 ölkədə işçilərinin şəxsi inkişafına, dəyərlərinə, komanda işinə, çalışanların motivasiyasına və həvəsinə ən çox diqqət yetirən dördlük üzvü sayılır . E&Y-ın əsas dəyəri çalışanların bilik və bacarıqlarının inkişafıdır desək yanılmarıq. 250 min çalışan mütəmadi olaraq treyninqlər və karyera inkişafı proqramları keçərək, şirkətin inkişafında mühim rol oynayırlar. 32 milyard dollar illik gəlirlə E&Y müştərilər üçün keyfiyyət meyarını rəhbər tutur.

4. Klynveld Peat Marwick Goerdeler (KPMG)

KPMG audit, vergi, konsultinq, sənaye spesifik və xüsusi maraq daşıyan servislər təmin edən qlobal mühasibat şirkətləri şəbəkəsidir. Təqribən 200 min profesionalı keyfiyyətli servis altında birləşdirən şirkətin 154 ölkədə nümayəndəliyi var. İllik gəliri təqribən 27 milyard dollar olan KPMG 1987-ci ildə Peat Marwick International və Klynveld Main Goerdeler (KMG) birləşməsindən yarandı. Digər dördlük üzvləri kimi, KPMG də müştəri və keyfiyyət dəyərlərini şirkət dəyərlərinə çevirməkdədir.

Sevinc Hüseynova, banco.az