Bloomberg xəbər agentliyi Ceff Bezosun valideynlərinin Amazona yatırımı haqda məlumat paylaşıb. Məlumata görə, Bezos ailəsi dünyanın ən varlı ailəsi ola bilərmiş, amma bəzi səbəblərdən bu baş verməyib. İlk əvvəl nəzərinizə çatdıraq ki, Ceff Bezosun valideynləri 1995-ci ildə şirkətə 245.000 dollar yatırım etmişdilər. Bundan əlavə 2001-2016-cı illər ərzində onlar gəlirlərdən 595.000 dollarını Bezos Family Foundationa yatırmış və əsas etibarilə bu yatırım öz növbəsində təhsil sahəsinə dəstək üçün istifadə olunmuşdu.
Əgər Bezos ailəsi özlərinə məxsus Amazon səhmlərini satmasaydılar, onda şirkət səhmlərinin 16.6 mln dolları, başqa sözlə 3.4%-i onlara məxsus olardı. Bu haqda açıqlamanı Bloomberg xəbər agentliyi vermişdi. Bundan əlavə agentlik bir sıra təxminlər də irəli sürüb. Beləki, Bezos ailəsinin üzvləri 1999-cu ildən sonra öz səhmlərini satmasaydılar, onda onların gəlirləri 2018-ci ildə 29.6 milyard dollar olaraq dəyərləndirilə bilərdi. Belə olan halda Bezoslar tarixdə ən uğurlu vençur anlaşmasına imza ata bilərdilər. Bezos ailəsi isə mövzu ilə əlaqədar agentliyə öz mövqeyini bildirməyib.
Nəcibə Yusifova, Banco.az