“Beynəlxalq Sığorta Şirkəti” ASC-nin (BSŞ) Ləğvetmə Komissiyasına yeni sədr təyin edilib.
Məlumata görə, bu vəzifə BSŞ-nin 100% təsisçisi olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) bu günlərdə baş direktor təyin edilmiş Vasif Əhmədova həvalə edilib. V.Əhmədov paralel vəzifəsində Bankın digər baş direktoru Hidayət Sultanovu əvəz edib.
Xatırladaq ki, ABB-nin səhmdarlarının oktyabrın 12-də keçirilmiş növbədənkənar ümumi yığıncağında BSŞ-nin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib. Buna səbəb şirkətin maliyyə göstəricilərinin təsisçini qane etməməsi olub.
Qeyd edək ki, BSŞ 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu ilin ilk yarısında aktivləri təxminən 10% azalan şirkət yarımilliyi 1,485 mln. manat xalis zərərlə başa vurub.
Mənbə: Report.az