Beynəlxalq Bankdan 3 ayda 130 milyon manat mənfəət - HESABAT | Banco.az

Beynəlxalq Bankdan 3 ayda 130 milyon manat mənfəət - HESABAT

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu ilin 1-ci rübünü 130 milyon 345 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 139 milyon 895 min manat xalis mənfəət əldə etmişdi. 

Cari ilin yanvar-mart dövründə Beynəlxalq Bankın cəmi gəlirləri 138 milyon 44 min manat, o cümlədən faiz gəlirləri 108 milyon 662 min manat, qeyri-faiz gəlirləri 29 milyon 382 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 85 milyon 155 min manat əməliyyat mənfəəti formalaşıb. Əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 45 milyon 190 min manatı azad olduğundan mənfəət 130 milyon 345 min manata yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin ilk rübündə Beynəlxalq Bankın cəmi gəlirləri 131 milyon 594 min manat, o cümlədən faiz gəlirləri 110 milyon 651 min manat, qeyri-faiz gəlirləri 20 milyon 943 min manat təşkil etmişdi. Həmin dövrdə xərclər çıxıldıqdan sonrabankın 75 milyon 49 min manat əməliyyat mənfəəti qalmışdı. 2018-ci ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə Bankın əməliyyat mənfəətinin artması diqqəti çəkir. Bank faiz və qeyri-faiz xərclərini azaldıb.

31 Mart 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC  8 milyard 461 milyon manat cəmi ativlərə, 7 milyard 163 milyon manat cəmi öhdəliklərə və 1 milyard 298 min manat cəmi aktivlərə malik olub.

Marja