Beynəlxalq Bank yeni vakansiya elan edir! | Banco.az

Beynəlxalq Bank yeni vakansiya elan edir!

“ABB” ASC Əməliyyat məhsulları və ticarətin maliyyələşdirilməsi departamentinin Korporativ CRM şöbəsinə sistem analitiki vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

 Görəcəyiniz işlər:

  • CRM sistemində sistem dəyişikliklərin və əlavələrin aparılması;                          
  • CRM sistemi üzrə istifadiçilərə təlimlərin və müvafiq dəstəyin göstərilməsi;                                
  • CRM sistemində yaranan uyğunsuzluqların inteqratorla araşdırılması və aradan qaldırılması;   
  • CRM sistemində yeni imkanların araşdırılması və onların tədbiq olunması;                                
  • SQL proqramı vasitəsi ilə məlumatların toplanılması.                                                                                                                                                                                         

Bizim üçün ideal namizəd:

Ən sərfəli kredit üçün müraciət et

  • JAVA proqramçı kimi minimum bir il iş təcrübəsi;
  • Ali təhsilli;
  • Java, SQL, üzrə dərin biliklər;
  • Rus və ingilis dil bilikləri;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Korporativ CRM şöbəsinə sistem analitiki” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram