“Azərbaycan Beynəlxalq Bankı” Zaqatala regionu üzrə Kiçik və orta sahibkarlarla iş departamentinin Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssisi (KOS-Müştəri Meneceri) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
- KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
- Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
- KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
- Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
Bizim üçün ideal namizəd:
- Ali iqtisadi təhsili olan;
- Azərbaycan dilini səlis bilən (Rus dili və İngilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
- Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
- Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS-Müştəri Meneceri (Zaqatala)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Bizi sosial şəbəkələrdən izləyin!!