"Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan"ın əmanətçiləri depozitlərini "Liberti Bank"ın istənilən filialından ala biləcəklər.
Gürcüstan KİV-ləri xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında deyilir.
"Əmanətçi fiziki şəxslərə ləğv edilmiş bankda yerləşdirdikləri depozitlərin ödənişinə iyulun 30-dan başlanacaq. Beş min laridən (təxminən, 3500 manat) artıq olmayan məbləği "Liberti Bank"ın istənilən filialından əldə etmək mümkün olacaq. Qalan məbləğ isə bankın ümumi əsaslarla ləğvi prosesində ödəniləcək", - məlumatda vurğulanıb.
Xatırladaq ki, lisenziyanın ləğvi "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan"ın səhmdarlarının müraciəti əsasında baş tutur. Səhmdarlar ümumi yığıncaqda bankın qeyri-bank təşkilatına çevrilməsi barədə qərar qəbul ediblər.
Report.az