Bəşəriyyətin taleyini dəyişəcək ixtira | Banco.az

Bəşəriyyətin taleyini dəyişəcək ixtira

Müəllif:Mehin Qasımova/Banco.az

Elm adamları insanın necə yaşayacağını və nə vaxt öləcəyini proqnozlaşdırmaq üçün onun həyat hekayəsindən istifadə edə biləcək alqoritm hazırlayıb.

Banco.az-ın xəbərinə görə, Danimarka alimləri tərəfindən məlumat fondu hazırlanıb.

Tədqiqatlar göstərib ki, süni intellekt texnologiyası insanın erkən ölmə ehtimalı və ya həyatı boyu qazanacağı gəlirlə bağlı proqnozlar verə bilir.

Gəlir, peşə, yaşayış yeri, xəsarət və hamiləlik də daxil olmaqla altı milyondan çox real insan haqqında bütün məlumatlar  bu alqoritmə köçürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Üzərində ciddi bir araşdırmanın aparıldığı "life2vec" adlı bu model nə vaxt öləcəyimizi və təxminən 78 faiz nisbətində nə qədər gəlir əldə edəcəyimizi təxmin edə bilir.

Bu işlənmiş alqoritm 2008-ci ildən 2016-cı ilə qədər bütün məlumatlar ilə təchiz edilib.

Qeyd edilib ki, alimlər tərəfindən hazırlanmış model əhali məlumatlarına əsaslanaraq 2020-ci ilə qədər baş verən ölüm hallarının dörddə üçündən çoxunu dəqiq  proqnozlaşdırıb.

Tədqiqatçı Sune Lehmann süni intellekt texnologiyası haqqında danışıb.

Lehmann, bu proqnozların başqa yerlərdə yaşayan insanlar üçün  də keçərli olacağını qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et