Tamara Mustafayeva, Banco.az
Bu günə qədərki dünya tarixinə məqalələr, kitablar və ədəbiyyat olduqca təsir göstərmişdir. Bəzi əsərlər mühüm insanlara tarixi dəyişdirəcək qərarlar verdirdi, bəziləri diplomatik münaqişələrə səbəb oldu, bəziləri isə uğurlara ilham verdi. BBC Yayım Korporasiyası 35 ölkədən yazıçı, tərcüməçi və akademiklərlə apardığı anket sorğusu nəticəsində sözügedən əsərlərdən bir siyahı tərtib edib.
Gəlin “Dünyanı Dəyişdirən Kitablar” siyahısına birlikdə nəzər salaq:
1. Odisseya (Homer, e.ə 8-ci əsr)
2. Tom dayının daxması (Harriyet Biçer-Stoun, 1852) – “Uncle Tom's Cabin”
3. Frankenşteyn (Meri Şelli, 1818)
4. 1984 (Corc Oruell, 1949)
5. Parçalanma (Çinua Açebe, 1958) - “Things Fall Apart”
6. Min bir gecə nağılları (müxtəlif yazıçılar, 8-18 –ci əsrlər)
7. Don Kixot (Migel de Servantes, 1605-1616)
8. Hamlet (Uilyam Şekspir, 1603)
9. Yüz ilin tənhalığı (Qabriel Qarsiya Markes, 1967) – “One Hundred Years of Solitude”
10. İliada (Homer, e.ə 8-ci əsr)
11. Sevimli qadın (Toni Morrison, 1987) - “Beloved”
12. İlahi Komediya (Dante Aligyeri, 1308-1320)
13. Romeo və Cülyetta (Uilyam Şekspir, 1597)
14. Gilqameş dastanı (Naməlum yazıçı, e.ə 22-10-cu əsrlər)
15. Harri Potter romanlar seriyası (Coan Ketlin Roulinq, 1997-2007)
16. Xidmətçinin Hekayəsi (Marqaret Etvud, 1985) - “The Handmaid's Tale”
17. Uliss (Ceyms Coys, 1922)
18. Heyvanıstan (Corc Oruell, 1945) – “Animal Farm”
19. Ceyn Eyr (Şarlotta Bronten, 1847)
20. Madam Bovari (Qüstav Flober, 1856) – “Madame Bovary”
Həmçinin oxu: Dünyaca tanınmış milyonçularının ən çox sevdikləri kitablar
Bizi sosial şəbəkələrdən izləyin!!