Kreditlərin bir növü də əmanət girovu əsasında verilir. Belə ki, bəzi hallarda banka depozit yerləşdirdikdən sonra qəflətən pula ehtiyac olur. Bu zaman ya müqaviləni pozub depoziti götürməlisən ki, bu halda heç bir əlavə faiz verilmir (Bəzən bu müddətdən asılı olaraq dəyişə bilir. Lakin hər bir halda, müqavilə pozularsa,banka yerləşdirdiyiniz eyni faizlərlə götürmək mümkün deyil). Və ya ehtiyacınız olan miqdar əmanətinizin məbləğindən daha azdır. Bu zaman əmanətinizi girov saxlamaqla kredit götürə bilərsiniz.
Həmçinin bax: Manat əmanəti hansı banklarda daha sərfəlidir? - İyul 2022
Bu halda siz əmanətinizin 70%-90% hissəsinədək kredit əldə edə bilirsiniz. Lakin maksimum məbləğ təkcə bununla məhdudlaşmır. Əmanətin 70%-90%-i bankın müəyyən elədiyi məbləği aşmamalıdır. Bu isə əksər hallarda banklarda 20000 manatadəkdir. Kreditin müddəti isə əmanətin müddəti ilə məhdudlaşır. Kredit faizləri isə yerləşdirdiyiniz depozitin faizindən asılıdır. Banklardan asılı olaraq bu faizlər depozit faizindən 2%-6% çox olur. Buna baxmayaraq bu faizlər digər kredit növlərinə görə azdır. Lakin unutmayın ki, krediti qaytarmadığınız halda isə əmanətinizi itirəcəyiniz təhlükəsi ilə üzləşə bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!