Milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin artması 10 bankın əmanət faizlərinin dəyişməsinə gətirib çıxarıb.
Koronavirusdan (COVİD-19) dolayı elan olunan karantin rejimi iqtisadiyyatın digər sahələri ilə yanaşı bank sektorundan da yan keçməyib. Pandemiya ilə yanaşı ötən həftələrdə 4 bankın bağlanması digər bankların dolayı yolla gəlirlərinin azalmasına səbəb olur. Bununla əlaqədar dövlət iqtisadi subyektlərə bir sıra güzəştlər edərək onlara dəstək oldu. Yaranan iqtisadi səbatsızlığı aradan qaldırmaq üçün hökumət həm fiskal, həm də monetar siyasətin alətləri vasitəsilə bir sıra tədbirlər həyata keçirir. Belə ki, fiskal siyasət baxımından hökumətin iqtisadi subyektlərə vergi güzəştlərinin edilməsi, monetar siyasət baxımından isə sığortalanan əmanət faizlərinin artırılması vəziyyəti nisbətən yaxşılaşmağa istiqamətlənib. İyunun 1-dən etibarən əmanətlərin sığortalanan faiz dərəcələrinin artırılması da bu istiqamətlərdən biridir. Belə ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib.
Qorunan əmanət faizlərinin artması bankların da əmanət faizlərinin artmasına gətirib çıxarıb. Bəs banklarda bu dəyişiklik necə özünü göstərdi?
Mart ayına nəzərən bankların 1 illik manat əmanət faizlərində dəyişiklik 1-3,5 faiz arasında dəyişir. Hansı bankların əmanət faizlərinin necə dəyişdiyini cədvəldən tanış ola bilərsiniz. Qeyd edək ki, AccessBankda dəyişiklik kimi qeyd olunan faiz dərəcəsi avqustun 31-dək bonus şəklində əvvəlcədən müştəriyə təqdim olunur.
Həmçinin oxu: Manat əmanəti hansı banklarda daha sərfəlidir? - İyun 2020
Xatırladaq ki, bəhs olunan faiz dərəcələri 2019-cu il iyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilmişdir.
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!