Bir çox banklarımızda Yeni ilin gəlişi ilə əlaqədar olaraq bayram kampaniyalarına start verilib.
Bir sıra banklar plastik kartlarla alış-veriş edənlərə hədiyyələr, digərləri isə müştərilərinə yüksək məbləğli kreditlər təklif edirlər.
Depozit şərtlərinə güzəştlər edən banklarımız da kifayət qədərdir.
Nikoil Bank
Siz yeni il möcüzəsinə inanırsınız? O zaman Nikoil | Bank-da əmanət yerləşdirin və bütöv bir torba pul qazanın!
Aksiya 25 yanvar 2016-ci ilə qədər davam edəcək.
Expressbank
Expressbank-ın “SmileCard-la qış fürsəti” müsabiqəsi davam edir
Xəbər verdiyimiz kimi, Expressbank Facebook sosial şəbəkə istifadəçiləri arasında “SmileCard-la qış fürsəti” adlı müsabiqə keçirir. Müsabiqə 21 dekabr 2015-ci il tarixinədək davam edəcək.
ExpressPay-dən Yeni il aksiyası – pulsuz danışıq dəqiqələri qazanın!
Kapital Bank
Kapital Bank hər kəsə hədiyyələr qazandıracaq!
Kapital Bank “Yeni il” hədiyyə kampaniyasına start verdi.
Kampaniya ani stimullaşdırıcı lotereya formasında keçirilir. 10 dekabr 2015-ci il tarixindən 15 yanvar 2016-cı il tarixinədək Kapital Bankdan “Gündəlik tələbat” kredit növü üzrə istənilən məbləğdə kredit əldə edən şəxslər lotereyanın iştirakçısına çevrilirlər.
UNİBANK
Yeni ilə sayılı günlər qaldı. Yeni planları həyata keçirmək üçün əsl fürsətdir. Çünki Unibank hamı üçün Yeni il endirimi kampaniyasına başladı.
Dekabrın 31-dək Unibank filiallarına müraciət edən ölkə vətəndaşları nağd kreditin illik faiz dərəcəsinə 2% endirim əldə edəcəklər. Hazırda bankda 10.000 AZN-dək nağd manat kreditləri 36 ayadək müddətə verilir.
Suallara cavab ver və İPhone 6 qazan! Unibank yeni il öncəsi Azərbaycan facebook istifadəçilərini sevindirir.
ALBALI PLUS-dan Yeni il hədiyyəsi
Yeni il öncəsi bütün alış-veriş mərkəzlərində edilən endirimlərdən faydalanmaq və yeni ili daha xoş qarşılamaq üçün nə lazımdır? Təbii ki, Albalı Plus kartı.
1300-dən artıq ticarət və xidmət mərkəzində istifadə edə biləcəyiniz bir kartınız varsa, üstəlik də kartınız sizə bayram hədiyyəsi olaraq 1 ay daha uzun müddətə ödəmək imkanı yaradırsa, arzularınızı reallaşdırmağa nə mane ola bilər ki?!
YapıKredi Bank Azərbaycan
Kampaniya 1-31 dekabr tarixləri arasında həyata keçiriləcəkdir.
Bu bank müştərilərinə 2016 manat hədiyyə edəcək
Yeni il yaxınlaşdıqca, Yapı Kredi Bank Azərbaycan müştərilərinə Yeni İl hədiyyəsi etməyə tələsir. Yeni ili 2016 manatla başlamaq şansı Worldcard müştərilərini gözləyir.
AccessBank
myAccess – öz vəsaitlərinizi idarə etmək üçün hər zaman, 24/7, 365 gün sizə rahatlıq bəxş edən İnternet Bankinq sistemidir. Bu xidmət vasitəsilə siz öz bank hesablarınızı, kartlarınızı, əmanətlərinizi, kreditlərinizi idarə edə, pul köçürmələri və digər əməliyyatlar da edə bilərsiniz. Accessbankın bütün yeni və cari müştəriləri bu xidmətdən istifadə edə bilər.
myAccess sisteminə qoşulmaq üçün Bankın istənilən filialına müraciət etmək kifayətdir.