Banco.az Mərkəzi Bankın hesabatlarına əsasən məlumat verir ki, cari ilin mart ayında banklarımız tərəfindən 20,7 mln manat ipoteka krediti verilib. Bu isə fevral ayı ilə müqayisədə 47.86 % çoxdur. Dövlət büdcəsindən ayrılmış ipoteka kreditləri isə 1 ayda 31.58% azalaraq 2.6 mln manat təşkil edib.
AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri isə aprelin1-nə olan vəziyyətə görə 8.1mln-dan 15.4 mln-a yüksəlib.
Son 1 ildə verilmiş kreditlərin orta məbləği 1,6% artaraq 403061 manat, kreditlərin orta illik faiz dərəcəsi 0,1% azalaraq 6,76%, kreditlərə görə aylıq ödəniş məbləği isə 22,2 manat azalaraq 297,2 manat təşkil edib. Kreditlərin orta müddəti isə 1 ay artaraq 279 ay olub.