Banklarda kredit götürmək üçün yaş həddi nə qədərdir? | Banco.az

Banklarda kredit götürmək üçün yaş həddi nə qədərdir?

Bankların digər tələblərindən biri də kredit götürənin yaş həddidir. 15 yaşından etibarən işləmək mümkün olsa da, banklar krediti minimum 18 yaşdan etibarən verirlər. Bu yaş bəzi banklarda 23-dən başlayır. Maksimum hədd kimi isə təqaüd yaşı əsas götürülür. Bu yaş hazırda kişilər üçün 65, qadınlar üçün iyulun 1-dək 62,5, iyulun 1-dən sonra isə 63 yaşdır. Buna baxmayaraq 73 yaşadək də kreditin götürülməsi mümkün olan banklar da var. Lakin yaş həddinin 65 və ya 70 olması həmin yaşda kreditin götürülməsinin mümkün olduğu mənasına gəlmir. Nəzərə almaq lazımdır ki, kreditin son ödəniş tarixi bu yaşı keçməsin.

Həmçinin bax: Kredit götürmək üçün nə qədər iş stajı olmalıdır?

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram