Banklarda əhalinin əmanətləri 6 mlrd 820,1 mln təşkil edir | Banco.az

Banklarda əhalinin əmanətləri 6 mlrd 820,1 mln təşkil edir

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30,101.1milyon, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil etmişdir.

Banco.az portalının MBNP-yə istinadən verdiyi məlumata əsasən, sektorun balans kapitalı 2,758.8 milyon manatdır. Əhalinin əmanətləri 6,820.1 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034nəfər təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ilin31 may tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.