Banklar biznes kredit portfelini 3%, istehlak kreditləşməsini 9,9% artırıb | Banco.az

Banklar biznes kredit portfelini 3%, istehlak kreditləşməsini 9,9% artırıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri üzrə portfeli artıb.

Mərkəzi Bankın məlumatına görə, 2021-ci il iyulun 31-nə bankların kredit portfeli 14 milyard 966,5 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,7%) həcmində qiymətləndirilir.

7 ay ərzində bankların biznes kreditləri üzrə portefli 3% - 8 milyard 728,5 milyon manatadək və ya bankların bütün kredit portfelinin 58,3%-i səviyyəsində artıb.

Hesabat dövründə bankların istehlak kreditləşməsi üzrə portfeli 9,9% - 4 milyard 24,6 milyon manatadək artıb, xüsusi çəki 26,9% təşkil edib.

7 ay ərzində bankların ipoteka kreditləri üzrə portfeli 9,7% - 2 milyard 213,4 milyon manatadək (bankların bütün kredit portfelinin 14,8%-i) artıb.

2021-ci il iyulun 31-nə Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir.

Ən sərfəli kredit üçün müraciət et

İnterfaks

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram