Müəllif: Tamara Mustafayeva, Banco.az
"JP Morgan" öz işçilərini süni intellektlə dəstəklənən “araşdırma analitiki” çatbotu ilə təmin etməyə başlayıb.
Banco.az xəbər verir ki, "JP Morgan Chase & Co" generativ süni intellekt alətini işə salıb.
Bank işçilərinə bunun məlumat, həllər və məsləhət verə bilən tədqiqat analitiki olduğunu bildirib. Alət yazmaq, ideyalar yaratmaq, elektron cədvəllərdən istifadə etməklə problemləri həll etmək, sənədləri ümumiləşdirmək və s. işlərdə kömək edə bilir. Ümumi təyinatlı məhsuldarlıq üçün nəzərdə tutulmuş çatbotda xüsusi aktiv və sərvətlərin idarə edilməsi bölməsi məlumatı yoxdur.
Qeyd edək ki, "JP Morgan" aktivlərin və sərvətlərin idarə edilməsi bölməsindəki bir çox əməkdaşına "LLM Suite" adlı OpenAI-nin ChatGPT-nin öz versiyasına giriş imkanı verir.
Onu da bildirək ki, "JP Morgan" məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Bizi sosial şəbəkələrdən izləyin!!