Bank aksepti və ya bank tərəfindən akseptləşdirmə (Bankers’ acceptances - BA) - Qeyri-maliyyə təşkilatlarının qısamüddətli kreditlərinə bank tərəfindən zəmanət verilməsidir. Bank aksepti xəzinə notlarına çox oxşayır və pul bazarı fondlarında tez-tez istifadə edilir.
Bank çeki (Bank check) - Bir bankın başqa banka banklararası hesablaşmaların aparılması üçün təqdim etdiyi çekdir.
Bank diversifikasiyası (Bank diversification) - Bank aktivlərinin borc alanların mümkün böyük dairəsi arasında: a) kredit riskinin azaldılması (borc alanların ödəmə qabiliyyəti olmamasına görə itki ehtimalı); b) ssuda portfellərinin qəbul edilən səviyyədə saxlanılması məqsədilə yerləşdirilməsidir.
Bank holdinq şirkəti və ya bank holdinqi (Bank holding company) - Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bankları (tənzimləyən orqanları) tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.
Bank işi və ya əməliyyatları (Banking) - İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan irili-xırdalı bütün əməliyyatlar. Bank işi aşağıdakı kimi əməliyyatları ehtiva edir: 1) Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları. 2) Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri. 3) Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları.
Bank konsorsiumu (Bank consortium) - İrimiqyaslı kredit, investisiya, zəmanət, yaxud digər bank əməliyyatlarının (adətən beynəlxalq maliyyə bazarlarında) həyata keçirilməsi məqsədilə bankların müvəqqəti birləşməsi, birgə fəaliyyəti.
Bank krediti (Bank credit) - Bank tərəfindən, bağlanmış müqaviləyə uyğun olaraq, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqı) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə yanaşı, pul vəsaitinin verilməsi haqqın da götürülmüş başqa hər hansı öhdəlik, təminat, zəmanət, borc qiy mət li ka ğızlarının diskontla və ya faiz lər alınmaqla satın alınması və mü qaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquqlar da kredit münasibətlərinə aiddir.
Bank lisenziyası (Banking licence) - Ölkənin mərkəzi bankı tərəfindən kommersiya banklarına bank fəaliyyəti göstərməklə bağlı verilən rəsmi icazə, lisenziya.
Bank olmayan kredit təşkilatı (Non-bank credit organization) - Öz vəsaiti (və ya depozitlər istisna olmaqla cəlb edilmiş vəsait) hesabına yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
Bank riski (Bank risk) - Ölkədə iqtisadi vəziyyətin pisləşməsi, verilmiş kreditlərin ödənilməməsi, qiymətli kağızların kotirovkasının dəyişməsi, balans arxası əməliyyatlar üzrə ödənişlərin həyata keçirilməsi, resurs bazasının azaldılması və s. nəticəsində zərərlərin yaranması və mənfəətin itki ehtimalı qeyri-müəyyənliyi ilə ifadə olunan və kredit idarələri tərəfindən həyata keçirilən bank əmə liyyatlarının səciyyəvi xüsusiyyətlərindən irəli gələn risklərdir. Bank riski iki formada olur: xarici (sığorta, valyuta, forsmajor hallarında risklər) və daxili (kredit, portfel, bank əməliyyatları riskləri). Bank risklərinin səviyyəsinə bank əməliyyatlarının (forfeter, hed cir ləmə və s. ) və ya onların sığortalanmasının köməyilə nəzarət olunur.
Bank sertifikatı (Bank certificate) - 1) Bank müştərisinin hesabının saldosunu göstərən sənəd. 2) Bankda pul vəsaitinin deponentləşdirilməsini təsdiq edən sənəd. Əsas etibarilə bu sənəd müştəri tərəfindən banka yatırılmış depozit məbləğinin götürülməsi üçün istifadə olunur.
Bank zəmanəti (Bank guarantee) - 1) Kreditor qarşısında borclunun pul öhdəliklərinin yerinə yetirilməsi üzrə bank zəmanətidir. Bu o deməkdir ki, əgər müştəri göstərilən müddətdə borcunu ödəyə bilməsə, bank bu öhdəliyi öz üzərinə götürərək ödəməni öz hesabına icra edəcəkdir; 2) Bankın belə öhdəlik götürməsini təsdiq edən sənəd. Bank zəmanəti zamin tərəfindən geri çağırıla bilməz. Bank zəmanəti təkcə ölkə daxilində hesablaşma və kredit əməliyyatlarının aparılması zamanı yox, həm də beynəlxalq hesablaşmalar və kreditləşmələr zamanı da tətbiq olunur. Bu cür zəmanətlər ya bankın zəmanət məktubu formasında, ya da vekseldə onun yazısı (aval) formasında tərtib oluna bilər.
Bank (Bank) - İqtisadi subyektlərin pul vəsait lərini müvəqqəti cəlb edən, sərən camında olan pul vəsaitlərini (xüsusi və cəlb etdiyi pul vəsaitlərini) müddətlilik, qaytarılmaqlıq, ödənclilik və təminatlılıq şərti ilə öz hesabına və öz adından yerləşdirən, fiziki və hüquqi şəxslər üçün hesablar açan, bu hesablarla bağlı əməliyyatlar aparan, iqtisadi subyektlərə müxtəlif maliyyə xidmətləri göstərən müstəsna hüquqa malik maliyyə-kredit institutu.
Bankın əlaqəli şəxsləri (Affiliated persons of bank) - Bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (ər/arvad, valideyn, o cümlədən ərin/arvadın va li deynləri, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülənlər, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.
Bankın filialı (Bank branch) - Ölkənin mərkəzi bankı tərəfindən təqdim olunan lisenziya çərçivəsində kommersiya bankının funksiyalarının tam, yaxud bir hissəsini onun yerləşdiyi fiziki məkandan kənarda həyata keçirən qeyri-müstəqil qurum, ana bankın struktur bölməsi.
Bankın məcmu kapitalı (Total capital of bank) - Prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, ölkənin Mərkəzi Bankının normativ xarakterli aktları ilə müəyyən etdiyi birinci dərəcəli və ikinci dərəcəli kapitala daxil olan elementlərin cəmi və onlardan tutulmaların fərqidir.
Bankın nümayəndəliyi (Representative office) - Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.
Bankın şöbəsi (Bank department) - Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun ölkə ərazisində depozitlər cəlb edən və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.
Banklararası tələblər (Interbank requests) - Müəyyən müddətə və ya tələb olunanadək bir bank tərəfindən digər bankda yerləşdirilmiş depozitlər və ya “nostro”müxbir hesab qalıqları.
Banko (Banko) - Bank tərəfindən alqı-satqısı həyata keçirilən qiymətli kağızların alış və ya satış kursu.
"Maliyyə bazarları terminlərinin izahlı lüğəti"nə istinad olunmuşdur.