“Bank Standard”-da 80 milyon manata yaxın pulu qalmış əmanətçi var | Banco.az

“Bank Standard”-da 80 milyon manata yaxın pulu qalmış əmanətçi var

Ləğv prosesində olan “Bank Standard” QSC-dəki 157 mln. manat məbləğində sığortasız əmanətlərin, təxminən, yarısı 1 nəfərə məxsusdur.

Bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

İclasda iştirak edən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev isə bildirib ki, “Bank Standard”ın verdiyi 750 mln. manat məbləğində kreditin hələ ki, 80 mln. manatı qaytarılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ə.Həsənov isə deyib ki, bu rəqəmi 500 mln. manata çatdırmaq mümkündür.

Report.az