Bank Silk Vey maliyyə hesabatlarını açıqlayıb | Banco.az

Bank Silk Vey maliyyə hesabatlarını açıqlayıb

Bank Silk Vey ilin birinci yarasını mənfəətlə başa vurub

Bank Silk Vey 2017-ci ilin birinci yarısını 2 mln 959 min manat mənfəətlə başa vurub. Bu haqda Banco.az portalı bankın maliyyə hesabatlarına istinadən məlumat verir. Bankın saytında ötən ilin eyni dövrünə olan maliyyə göstəriciləri təqdim olunmayıb. İlin əvvəli ilə müqayisə də isə balans göstəricilərində ciddi dəyişiklik yoxdur. Yalnız kredit portfelində kiçik azalma müşahidə olunub. Bankın cəmi kapitalı isə 13% artıb. Daha ətraflı şəkildə diaqramdan tanış ola bilərsiniz.

Banco.az xəbər verir ki, bank həmçinin mənfəət və zərər hesabatını də dərc edib.

Ən sərfəli kredit üçün müraciət et

Bankın cəmi faiz gəlirləri 13 mln 581 manat, faiz xərcləri isə 5 mln 617 min manat təşkil edib. Qeyri faiz gəlirlərinin miqdarı 8 mln 51 min manat civarında formalaşıb. Bank 3 ln 95 min manat mənfəət qazanıb ki, onun da 136 min manatını vergi qismində ödəyib. Bankın xalis mənfəəti 2 mln 959 min manat təşkil edib. 

Daha ətraflı şəkildə diaqramdan tanış ola bilərsiniz.

Könül Soltanova, Banco.az