Hazırda Azərbaycanın bank sektorunda likvid aktivlər 6,7 mlrd. manatdır ki, bu da ümumi aktivlərin 24%-ni təşkil edir.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorunun müavini, qurumun Staretji xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov deyib.
Bundan başqa, onun sözlərinə görə, sektorda kapital artımı davam edir: "Hazırda Palataya 400 mln.a yaxın artımla bağlı müraciətlər var. Baxmayaraq ki, ölkədəki 30 bankdan 11-i zərərlə işləyir".
Report.az