Bank Respublika birinci rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib | Banco.az

Bank Respublika birinci rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib

Bank Respublika bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.

Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:

✅  Bankın aktivləri 28% artaraq 2,1 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

✅  Bankın məcmu kapitalı 25% artaraq 168,77 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.

✅  Bankın depozit portfeli 44% artaraq 1,41 milyard manat təşkil edib ki, bu da çoxsaylı müştərilərin “Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.

✅  Bankın xalis faiz gəlirləri 32% artaraq 34,58 milyon manata çatıb.

✅  Bankın xalis əməliyyat mənfəəti 50%-dən çox artaraq 16,89 milyon manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

✅  Bankın xalis mənfəəti 39% artaraq 13,51 milyon manat təşkil edib.

✅  I dərəcəli kapitalın adekvatlıq əmsalı -  8,97% (norma 6%)

✅  Məcmu kapitalın adekvatlıq əmsalı -  12,55% (norma 12%)

✅  Leverec əmsalı - 5,85% (norma 5%)

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.