"Bank of Baku" ən çox qazanan banklar sırasında! - 30.8 milyon manat mənfəət! | Banco.az

"Bank of Baku" ən çox qazanan banklar sırasında! - 30.8 milyon manat mənfəət!

Müəllif - Tərlan Qəhrəmanova, Banco.az

Ölkənin aparıcı banklarından biri olan "Bank of Baku" 2022-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Bankın 2022-ci ilin üçüncü rübü üzrə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artıb. Belə ki, ötən ilin üçüncü rübündə 16,8 milyon manat mənfəət qazanan bank bu il 30,8 milyon manat xalis mənfəət əldə edib. Faiz gəlirləri isə 48% artaraq 71 milyon manat olub. Eyni zamanda, faiz xərcləri də 52% artaraq 15 milyon manat olub.

Bankın ümumi aktivləri isə cari rübü 654 milyon manatla yekunlaşdırıb. Ötən rüb ilə müqayisədə bu rüb bankın aktivləri 31,6% artıb.

Bankın kredit portfeli isə 532 milyon manat olmaqla, aktivlərinin 81%-ni təşkil edir. Kreditlərin həcmində isə 28,5% artım olub. Kredit portfelinin  əsas hissəsini - 358 milyon manatı istehlak kreditləridir. Bu isə müştərilərə verilən kreditlərin 67%-ni təşkil edir.

Bankın 538 milyon manat öhdəliklərinin 329 milyard manatı depozit portfelidir. Depozit portfeli isə 81,7 milyon manat, yəni 33% artıb. Bankın 328,9 milyon manat depozit portfelinin isə 90,3%-i fiziki şəxslərin depozitləri təşkil edir.

Bank of Baku-nun filialları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə https://www.bankofbaku.com, Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram