Bank işində öyrənməli terminlər çoxdur, bu həftənin 9 mütləq bilməli olduğunuz terminini sizlərə təqdim edirik.
1) Bank Bileti - Mərkəzi banklar tərəfindən tədavülə buraxılan pul nişanı, əskinas;
2) Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli ka ğızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları
3) Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri.
4) Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları
5) Lisenziya - Ölkənin mərkəzi bankı tərəfindən kommersiya banklarına bank fəaliyyəti göstərməklə bağlı verilən rəsmi icazə, lisenziya.
6) Bonifikasiya - Mövcud kredit dərəcələrini tənzimləmək məqsədi ilə iqtisadiyyatın müəyyən sahələrinin və ya müəyyən qrup kreditə ehtiyacı olan subyektlərin məqsədli, əvəzsiz vəsaitlərin verilməsi
7) Defolt- Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi
8) Deponent - Bankın depozitinə qiymətli əşya qoyan fiziki və ya hüquqi şəxs;
9) Dövlət bankı - Dövlətin mülkiyyətində olan və dövlət orqanları tərəfindən idarə olunan bank.