Bank “BTB” Maliyyə göstəricilərini açıqlayıb! | Banco.az

Bank “BTB” Maliyyə göstəricilərini açıqlayıb!

İlin ilk yarımilliyin nəticələrinə əsasən Bank “BTB” ASC-nin aktivləri 303 772.50 min manat təşkil edib.

Bank BTB ASC-nin Kredit portfelində hesabat dövrü ərzində artım müşahidə olunur. Kredit portfeli 198 066 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% yaxın artım deməkdir. İkinci rübün nəticələrinə əsasən Bank BTB-nin depozit portfeli 116 622 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (106 958 min manat) 9%-ə yaxın artım deməkdir. Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək, müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır.

Ən sərfəli kredit üçün müraciət et

İkinci kvartalın yekununda bankın mənfəəti 894.51 min manat təşkil etmişdir. 2019-cu ilin yanvar-iyun dövründə Bank “BTB”-nin cəmi gəlirləri 13 mln. 478 min manat, cəmi xərcləri 12 mln. 583 min manat təşkil edib. 30.06.2019-ci il tarixinə Bankın Məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 55 607.89 min manat təşkil edib.