Banco.az-ın banklar haqqında keçirdiyi sorğunun nəticələri elan olunub | Banco.az

Banco.az-ın banklar haqqında keçirdiyi sorğunun nəticələri elan olunub

Banco.az - banklarının fəaliyyəti və insanların hansı banklara maraq göstərdiyini və seçim zamanı hansı kriteriyalara üstünlük verdiklərini öyrənmək üçün növbəti sorğusunu yekunlaşdırıb. Sorğu 20 dekabr 2023-cü il tarixində başlayıb, 5 yanvar 2024-cü il tarixində yekunlaşmışdır. 

Qeyd edək ki, sorğuda bütün banklar iştirak etmiş və hər bir sual üzrə yalnız bir bank seçmək imkanı verilmişdir. Eyni zamanda sorğunun şəffaflığını təmin etmək üçün hər bir ip üzrə bir səs verilməsi və bankların siyahısının ixtiyari qaydada verilməsi təmin olunmuşdur. 

İki həftə davam edən sorğuda ümumilikdə 721 nəfər iştirak etmişdir. 

Saytımızda onlayn formada keçirilən sorğuda respondentlərə aşağıdakı 5 sual ünvanlanmışdır və hər sual üzrə ilk 3 nəticə aşağıdakı kimidir. 

1) Hansı bankın iş həyatında texnoloji meyillər daha yaxından izlənilir? Nəticə ilk 3lük: - Kapital Bank  - 197,  ABB - 167, Unibank - 113

2) Aşağıdakı banklardan hansında daha çox şaxəli və fərqli istiqamətlərə aid iş imkanları mövcuddur? Nəticə ilk 3lük: Kapital Bank  - 221,  ABB - 187 , Unibank - 95

Ən sərfəli kredit üçün müraciət et

3) Hansı bank təhsil layihələrinə və gənclərin inkişafına daha çox önəm verir? Nəticə ilk 3lük: Kapital Bank  -214  ,   , ABB - 169 , Unibank - 116

4) Sizcə, ölkəmizin ən rəngarəng və dinamik iş mühitinə sahib bankı hansıdır? Nəticə ilk 3lük: Kapital Bank  - 182  ,   ABB - 158  , Unibank - 124

5) Hansı bank öz işçilərini daha çox fayda və üstünlüklə təmin edir? Nəticə ilk 3lük: Kapital Bank  - 177  ,   ABB - 156   , PaşaBank - 124

Nəticələrə əsasən qeyd etmək olar ki, sorğuda iştirak edən iştirakçıların səslərinin sayı etibarı ilə və digər banklardan böyük fərq çoxluğu ilə Kapital Bankı seçilmişdir.

İkinci sırada ABB və 3-cü sırada isə 4 sual üzrə Unibank və bir sual üzrə Paşabank-dır. 

Bütün nəticələrdə bu fayldan tanış olmaq mümkündür - Nəticələr