“Bakı Sığorta” ASC 2019-cu ilin birinci yarısını 22 min 312 manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə azdır. Şirkət 2018-ci ilin birinci yarısını 298 min 900 manat xalis mənfəət ilə bağlamışdı.
2019-cu ilin yanvar-iyun dövründə “Bakı Sığorta”nın cəmi gəlirləri 858 min manat, cəmi xərcləri isə 830 min manat təşkil edib. Şirkət təxminən 28 min manatlıq əməliyyat mənfəətindən 5578 manat mənfəət vergisi də ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə “Bakı Sığorta”nın cəmi gəlirləri 1 milyon 274 min manat, cəmi xərcləri isə 900,5 min manat təşkil etmişdi.
Müqayisə olunan dövürlər üzrə, toplanan sığorta haqları 581 min manatdan 522 min manata düşüb, sığorta ödənişləri isə eyni səviyyədə qalıb (135 min manat).
Ötən ilin birinci yarısında “Bakı Sığorta”nın investisiya gəlirləri 359 min manat ikən, bu ilin eyni dövründə 399 min manat təşkil edib.
Marja