“Bakı Metropoliteni” QSC-nin lisenziyası ləğv edilmiş “Texnika Bank” ASC-də və “Bank Standard” ASC-də müvafiq olaraq 1,563 mln. manat və 2,146 mln. manat (ümumilikdə, 3,709 mln. manat) pulu qalıb.
“Report” bu barədə nəqliyyat müəssisəsinin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda bldirilir ki, bağlanmış bankların öhdəliklərini məhkəmənin təyin etdiyi ləğvedici (indiki halda Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) qanunvericiliyə uyğun olaraq tənzimləyəcək.