Noyabrın 5-də "Azərikimya" İB-nin yenidənqurma və modernizasiyası layihəsi çərçivəsində 2 böyük müqavilə imzalanacaq.
Bunu SOCAR-ın stateji inkişaf üzrə vitse-przidenti Tofiq Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, birinci müqavilə "Technip" şirkəti ilə "Azərikimya" arasında EPC (layihələndirmə, satınalma və tikinti) olacaq.
"İkinci müqavilə isə SOCAR-KBR/KBR şirkətlər alyansı arasında imzalanacaq. SOCAR-KBR/KBR alyansı müqaviləsi çərçivəsində "Azərikimya"ya idarəetmə və konsaltinq xidmətləri göstəriləcək", - deyə SOCAR rəsmisi qeyd edib.